Menu

Prokuror Rauf Mirqədirova 7 il həbs istədi

16.12.2015, 12:25
Prokuror Rauf Mirqədirova 7 il həbs istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, ohakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə dövlət ittihamçısı Mübariz Mirili çıxış edərək məhkəmədən jurnalist barəsində 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi dekabrın 23-də davam edəcək.

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. Rauf Mirqədirov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol