Menu

Bakıda böyük tıxac: sərnişinlər yollarda qalıb...- Fotolar

16.12.2015, 22:08
Bakıda böyük tıxac: sərnişinlər yollarda qalıb...- Fotolar

Bakı-Sumqayı yolunda böyük tıxac müşahidə olunur.Musavat.com xəbər verir ki, həm Bakıdan Sumqayıta gedən, həm də Sumqayıtdan Bakıya gələn istiqamətdə hərəkət dayanıb.

Tbilisi prospektindən başlayan tıxac Xırdalana qədər davam edir. Ən acınacaqlı vəziyyət isə "Şamaxı dairəsi"ndə yaranıb. Dairədə avtomobillərin hərəkəti tam dayanıb, minlərlə avtomobil yolda qalıb.

Adamlar avtobuslardan düşüb, yağışlı havada yollarına piyada davam etmək məcburiyyətində qalıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol