Menu

​Rusiyanın Maliyyə Nazirliyi "Rosneft"i satır

17.12.2015, 09:33
​Rusiyanın Maliyyə Nazirliyi "Rosneft"i satır

Rusiya hökuməti "Rosneft"dəki payını 2016-ci il üçün özəlləşdirməyə hazırlayır.

"Report" xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Anton Siluanov məlumat verib.

Onun sözlərinə görə, satışa şirkət səhmlərinin 19,5%-i çıxarılacaq.

Paketin minimal dəyəri 500 milyard rubl təşkil edəcək.

Nazir qeyd edib ki, aktivi almaq istəyən namizədlər arasında Çin səhmdarları da var. Hazırda İqtisadi İnkişaf Nazirliyi özəlləşdirilmə üzərində işləyir.

"Rosneft"in 69,5%-i "Rosnefteqaz" dövlət şirkətinə, 19,75%-i isə Britaniyanın BP şirkətinə məxsusdur. Belə olan halda, səhmlər satıldıqdan sonra dövlət Rusiyanın iri neft şirkəti üzərində nəzarətini saxlamış olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol