Menu

Azərbaycanın tikinti şirkətləri əmlak sərgisinə qatılmadı

17.12.2015, 18:00
Azərbaycanın tikinti şirkətləri əmlak sərgisinə qatılmadı

Bu gün Bakı Expo Mərkəzdə RECEXPO - Daşınmaz Əmlak və İnvestisiya sərgisi öz işinə başlayıb.

“Marja” xəbər verir ki, sərgi təkliflər ilə zəngindir, sərgidə də kifayət qədər ziyarətçilər gözə dəyir. Təkcə gözə az dəyən Azərbaycanın tikinti şirkətləridir.

Müşahidələrimiz zamanı müəyyən etdik ki, sərgiyə Azərbaycanın bir tikinti və bir əmlak şirkəti qatılıb. Sərgidə iştirak edən yerli tikinti şirkəti “Absheron City-2014” MTK-dır. Digər şirkət isə, “Gilan Holdinq”in tikdiyi binaların satışını həyata keçirən “Qaya” əmlak şirkətidir.

“Türkiyə şirkətləri bir neçə yüz min dollar, bəziləri isə hətta 1 milyon dollar xərcləyib sərgiyə qatılıblar Onlar sərgidə böyük ərazini icarəyə götürüb, bahalı stend qurdurublar. Təəssüf edirik ki, sərgiyə Azərbaycandan az şirkət qatılıb”, - sərgi iştirakçılarından biri “Marja”ya bildirdi.

Qeyd edək ki, 17-19 dekabr 2015 tarixləri arasında keçiriləcək sərgiyə Türkiyə, Gürcüstan, Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Kipr və Cənubi Afrika kimi bir çox ölkələrdən şirkətlər qatılıb. Sərgidə ən çox iştirakçı Türkiyədəndir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol