Menu

ABŞ İrana qarşı sanksiyaların bir qismini yanvarda ləğv edə bilər

17.12.2015, 22:45
ABŞ İrana qarşı sanksiyaların bir qismini yanvarda ləğv edə bilər

İrana qarşı tətbiq olunan sanksiyaların bir qismi 2016-cı ilin yanvar ayında ABŞ tərəfindən ləğv edə bilər. "Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Dövlət katibi Con Kerri Senat üzvlərini məlumatlandırıb.

Kerrinin sözlərinə görə, rəsmi Tehran öhdəliklərə riayət edir və nüvə silahını əldə etməyə çalışmır. Bu səbəbdən də sanksiyalar tədricən ləğv edilə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol