Menu

“10 hərbçimiz ölüb, 20-si yaralanıb” – Erməni KİV-i

18.12.2015, 18:23
“10 hərbçimiz ölüb, 20-si yaralanıb” – Erməni KİV-i

Dekabrın 17-dən 18-nə keçən gecə cəbhə bölgəsində atəşkəsin pozulması nəticəsində Ermənistan tərəfinin itkiləri barədə məlumatlar açıqlanıb. AzPolitika.info-nun məlumatına görə, bir sıra Ermənistan KİV-ləri, o cümlədən News.am saytı Azərbaycan tərəfini təxribatda ittiham edib.

Qondarma qurumun “müdafiə nazirliyinə” istinadla verilən məlumatlarda bildirilir ki, ötən gecə Azərbaycan ordusunun diversiya qrupu “içəriyə sızmağa” cəhd göstərib. Lakin düşmən Azərbaycan xüsusi təyinatlılarınin irəliləyişini vaxtında müəyyən edərək, müdafiə döyüşlərinə keçib.

Döyüşlər zamanı “müdafiə ordusunun” hərbçiləri Aqasi Qriqoryan (1996-cı il təvəllüdlü) və Ruben Aleksanyan (1996) həlak olublar.

Həmçinin cəbhənin şimal istiqamətində yerləşən hərbi hissələrin birində müqavilə əsasında hərbi xidmət göstərən Qor Ohanyan (1992) həlak olub.

Qondarma qurumun “müdafiə nazirliyi” həlak olanların ailələrinə və yaxınlarına dərin hüzünlə baş sağlığı verməklə yanaşı, qisas sözü də verib.

Mamul.am saytı isə öz mənbələrinə istinadla xəbər verir ki, dekabrın 18-nə keçən gecə Ermənistan ordusunun real itkiləri daha çox olub. Belə ki, 10 hərbçi həlak olub, 20-si yaralanıb.

V.Nəsibov

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol