ABŞ-ən dövlət katibi Con Kerri Rusiyanın vurulan Su-24 təyyarəsi ilə bağlı radarların vasitəsilə əllərində “müəyyən məlumatların olduğunu” bildirib. Musavat.com-un xəbərinə görə, bu barədə o, “Vesti v subbotu” proqramının aparıcısına müsahibəsində deyib. Lakin bu zaman o, hadisənin detallarının bəlli olmadığını söyləyib.
“Türkiyə təyyarələri və Rusiya təyyarəsi ilə nə baş verib? Biz detalları bilmirik. Bizdə radarlarımızın əldə elədiyi bəzi məlumatlar var. Bizdə baş verən olayla bağlı müəyyən anlaşma var. Ancaq indi formal proses, formal informasiyalar mübadiləsi gedir və mən yetərli məlumatlar olmadan nəticələri şərh eləmək istəməzdim” – qeyd edib Kerri.
Bundan əlavə, ABŞ xarici siyasət idarəsinin başçısı bir daha prezident Barak Obamanın mövqeyini dəstəkləyərək bildirib ki, Türkiyə öz hava məkanını qorumaq hüququna malikdir. Dövlət katibi habelə, hamı kimi ekspertlərin yekun nəticələrini gözlədiyini söyləyib.
Su-24-ün qara qutusundakı yazının sabah ictimailəşdiriləcəyi gözlənilir.


Şərhlər