Menu

Avropa və Türkiyə hava məkanını Rusiya üçün bağladı

19.12.2015, 19:56
Avropa və Türkiyə hava məkanını Rusiya üçün bağladı

Avropa ölkələri və Türkiyə öz hava məkanını Suriyada əməliyyatlar keçirən Rusiyanın uzaq mənzilli bombardmançı təyyarələrinin üzünə bağlayıb.

Azvision.az xəbər verir ki, bu səbəbdən rusiyalı təyyarəçilər qarşılarına qoyulan tapşırıqları Avropadan yan keçməklə icra etməyə məcbur olublar.

Rusiya Hərbi Kosmik Qüvvələrinin təmsilçisi Anatoli Konovalov yaranmış vəziyyətin uzaq mənzilli bombardmançı təyyarələrin məqsədlərini hər bir şəraitdə uğurla həyata keçirməyə qadir olduğunu göstərdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol