Türkiyə və Avropa Birliyi ölkələri öz hava məkanlarını Rusiyanın İŞİD-ə qarşı əməliyyatlarda iştirak edən uzaq aviasiyası üçün bağlayıb. Musavat.com-un məlumatına görə, bu barədə Rusiya uzaq aviasiyası komandanının müavini, general-mayor Anatoli Konovalov bildirib.
Onun sözlərinə görə, Rusiya təyyarələri artıq həmin məkanlardan hərlənərək, yan keçərək uçur.
“Olenoqorsk – bizim ən şimal aerodromumuzdur. O, hədəfi vurma məsafəsini artırmağa və havada əlavə yanacaq doldurmağa imkan verir. Müəyyən məqamlar var idi ki, başqa variant üzrə öhdəliyi yerinə yetirməyi istisna edirdi. Avropa buraxmırdı, Türkiyə buraxmırdı” - əlavə edib general.


Şərhlər