Menu

Məşhur  şirkət 6800 nəfəri ixtisara salır

21.12.2015, 12:32
Məşhur  şirkət 6800 nəfəri ixtisara salır

Yaponiya şirkəti "Toshiba" məişət elektronikası sahəsində çalışan işçilərindən 6800 nəfəri ixtisara salacaq.

"Report" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, ixtisar personalın yenidən bölüşdürülməsi və işçilərin erkən təqaüdə göndərilməsi hesabına ediləcək.

Qeyd edək ki, "Toshiba" şirkəti cari maliyyə ilində (2016-cı il martın 31-də başa çatacaq) təxminən 4,5 milyard dollar məbləğində zərərə qatlaşacağını proqnozlaşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol