Menu

ABŞ kosmosdakı qızıl üçün qanun çıxardı

21.12.2015, 13:29
ABŞ kosmosdakı qızıl üçün qanun çıxardı

Kosmos qızıl, platin və ya dəmir filizləri ilə bir xəzinə kimidir. ABŞ-da qəbul edilən yeni qanun, kosmosdakı qızıla həqiqi mənada hücum başlada bilər.

ABŞ Prezidenti Barak Obama tərəfindən noyabr ayının sonunda imzalanmış Kosmos haqqında qanun, Amerika şirkətlərinin rəsmi olaraq kosmosda mədən fəaliyyəti həyata keçirmələrinin önünü açır.

Kosmos haqqında qanun kosmosun bütün bəşəriyyətə araşdırma məqsədilə bərabər nisbətdə açıq olması fikrinə əsaslanır və investorların kosmos layihələrindən qazanc götürülməsi lazım olduğu iddialarını da gücləndirir. Təhlükəsiz Dünya Fondundan vəkil Kristofer Jackson, "Kosmosun araşdırılması və mənbələrinin istismarı başladı" ifadələrini istifadə edib.

Kommersiya olaraq kosmosda fəaliyyət göstərmək istəyən şirkətlər üçün xərclər xeyli artıqdır. Çox böyük şirkətlər bu səbəbdən bu işdən kənar durmağı üstün tuturlar. Kosmosda qızıl axtarışından kiçik şirkətlərin udacağı ümid edilir. Google-ın banisi Larry Pagein 2012-ci ildə yaratdığı Planetary Resourses adlı şirkəti də asteroidlərdə mədənçilik ilə məşğul olacaq bir şirkətdir. Şirkətin İdarə Heyətinin sədri Chris Lewicki, "Kosmos qanunu müştəri və investorlara, kosmosda kommersiya fəaliyyətlərinə başlarkən bir təminat təqdim etməyimizi təmin edir" deyib.

NASA-nın məlumatlarına görə, hazırda Dünyadan 1500-ə qədər asteroidə çatılması mümkündür. Digər tərəfdən, asteroidlərdə donmuş hidrogenin gələcəkdə peyk və kosmos vasitələrinin yanacaq sisternlərinə hidrogen yüklənməsinə imkan verəcəyi və Marsa səfərləri xeyli asanlaşdıracağı proqnozlaşdırılır. Planetary Resources və rəqibi Deep Space Industries ilk tədqiqat işlərinə 2017-ci ildə başlamağı planlaşdırır, lakin bu, 2020-də qala bilər. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol