Menu

Dollar 0,8% ucuzlaşdı və bahalaşdı - Canlı məzənnə

21.12.2015, 16:04
Dollar 0,8% ucuzlaşdı və bahalaşdı - Canlı məzənnə

Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul etmişdir. Bəs Manatın “üzdüyün” haradan görmək olar?

“Marja”nın məlumatına görə, manatın dollara qarşı canlı məzənnəsini Bloomberg sistemindən müşahidə etmək mümkündür.

Sistemdən məlum olur ki, Bakı vaxtı ilə 14:00-da 1 Dollar 1.5375 manata bərabər olub. Qeyd edək ki, Mərkəzi Bank “üzən” məzənnə rejiminə keçdikdə 1 dollar 1.55 manata bərabər olmuşdu. Bu, dolların 0,8% dəyərdən düşdüyü deməkdir.

Lakin Bakı vaxtı ilə, 15:00-da dollar yenidən 1.55 manata yüksəlib.

“Üzən” valyuta məzənnəsi rejiminin tətbiq edildiyi zaman valyuta məzənnəsi valyutaya olan tələb və təklifin təsiri əsasında formalaşır, hər gün və tez-tez dəyişir. Lakin, “üzən” valyuta məzənnəsi rejimi mərkəzi bank tərəfindən valyuta məzənnəsinin tənzimlənməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi imkanını istisna etmir. Belə ki, müstəsna hallarda Mərkəzi Bank məzənnənin kəskin tərəddüdlərinin qarşısını almaq məqsədilə valyuta bazarına müdaxilə edib məzənnə dəyişikliyini “hamarlaya” bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol