Menu

Partiyası Yanukoviçi cinayətkar adlandırdı- Başına pul qoyuldu

23.02.2014, 21:44
Partiyası Yanukoviçi cinayətkar adlandırdı- Başına pul qoyuldu

“Milyonluq partiya bir korrupsiyalaşmış ailənin girovuna çevrildi...”

Ukrayna parlamentində Regionlar Partiyasını təmsil edən deputat fraksiyası Maydan hadisələri zamanı baş vermiş insan itkilərinə görə məsuliyyəti Viktor Yanukoviç və onun ətrafının üzərinə qoyub. Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata əsasən, bu barədə fraksiyanın yaydığı bəyanatda deyilir.

“Ukrayna aldadıldı və qarət edildi. Ancaq bütün bunlar hər iki qarşıdurma tərəfindən öz yaxınlarını itirmiş onlarla ukraynalı ailənin üzləşdiyi üzüntü ilə müqayisədə heç nədir. Ukraynanı satdılar, insanları isə alın-alına toqquşdurdular. Milyonluq partiya bir korrupsiyalaşmış ailənin girovuna çevrildi. Biz, Ali Radada Regionlar Partiyasının fraksiyası və partiyadaşlarımız insan qurbanlarına, büdcənin boşalmasına, nəhəng borclara, Ukrayna xalqı və dünyanın gözü qarşısında rüsvayçılığa gətirən cinayətkar əmrləri qəti şəkildə pisləyirik, nəyin nəticəsində ki, ölkəmiz uçurumun qırağına, parçalanma təhlükəsi və öz suverenliyini itirmək həddinə gəlib çıxıb”, - deyə bəyanatda bildirilir.

Viktor Yanukoviçin harada olduğu isə bəlli deyil. Ölkənin müxalif fəalları onun tapılıb qanun qarşısında mühakimə olunması üçün kampaniyaya başlayıblar. Fəallar facebook-da Yanukoviçi tapıb gətirəni mükafatlandırmaq üçün vəsait toplanmsına çağırış ediblər. Çağırış yayılandan bir neçə saat sonra artıq 50 min dollardan çox vəsaitin toplandığı elan edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol