Menu

Pentaqon Rusiya ilə hərbi əməkdaşlıqdan imtina etdi

26.12.2015, 10:12
Pentaqon Rusiya ilə hərbi əməkdaşlıqdan imtina etdi

Rəsmi Moskva Bəşər Əsədlə bağlı mövqeyini dəyişməsə, Pentaqon Rusiya ilə əməkdaşlıq etməyəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Mişel Baldansa bəyan edib.

“Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Hələ ki Moskva diqqətini İŞİD-lə mübarizəyə cəmləşdirmək əvəzinə Bəşər Əsədə dəstək göstərir, hər hansı bir əməkdaşlıqdan söz gedə bilməz”, deyə M.Baldansa bildirib.

Qeyd edək ki, dekabrın 25-də Rusiya Baş Qərargahının Operativ idarəsinin rəisi Sergey Rudskoy bəyan etmişdi ki, Moskva Suriyada terrorçuların obyektlərinə dair məlumatlarla bölüşməyə hazırdır və rəsmi Vaşinqtondan eyni hərəkəti gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol