Menu

Rusiya silahlarını Azərbaycana satır

26.12.2015, 13:46
Rusiya silahlarını Azərbaycana satır

Rusiya daha əvvəl imzalanmış müqavilə çərçivəsində Azərbaycana piyadaların döyüş maşınlarının (BMP-3) çatdırılmasını 2016-cı ildə yekunlaşdıracaq.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu “Traktornıye zavodı” konserninin nümayəndəsi deyib. O bildirib ki, Azərbaycana müqavilədə nəzərdə tutulan sayda döyüş maşınlarının göndərilməsi gələn il tamamlanacaq.

Müqavilə 2010-cu ildə imzalanıb və 2017-ci ildə tam həyata keçiriləcəyi planlaşdırılır. “BMP-3”dən başqa, Azərbaycana özüyeriyən artilleriya qurğuları və reaktiv atəş sistemləri də satılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol