Dünyada qeyri-iş günü kimi qeyd olunan ən çox bayram günləri olan ölkələr sırasında Azərbaycan da var. Fins.az xəbər verir ki, ən çox bayram günləri Şri-Lankadadır. Bu ölkədə qeyd olunan 24 bayram qeyri-iş günü hesab olunur. İran, Maldiv adaları və Braziliyada belə günlərin sayı 21-dir. Hindistanda 18, Cənubi Koreyada 17, Yaponiyada 15 qeyri-iş günü hesab olunan bayram günü müəyyənləşib. Avstraliya və İsveçrədə 11, Sinqapur, İrlandiya və Niderlandda 10, Britaniyada 9, Kubada 8 qeyri-iş olan bayram günü var.
YUNESKO-nun qiymətləndirmələrinə görə, dünya üzrə bayram hesab edilən qeyri-iş günlərinin orta statistik rəqəmi 12,2 gündür. Almaniya vətəndaşları 13, İtaliya 12, ABŞ isə 11 gün işə getməyərək evində “bayram” edir. Belarusda 13, Rusiyada 11, Ukraynada 10 qeyri-iş günü var ki, bunlarda bayram günləri ilə üst-üstə düşür. Azərbaycanda isə 18 qeyri-iş günü olan bayram günü var.


Şərhlər