Menu

Azərbaycanlı milyarder 2015-ci ildə 1,2 milyard pul itirib

29.12.2015, 18:01
Azərbaycanlı milyarder 2015-ci ildə 1,2 milyard pul itirib

ABŞ-ın “Bloomberg” agentliyi geridə qoyacağımız 2015-ci ildə dünya milyarderlərinin itirdiyi maliyyə vəsaitlərinin miqdarını hesablayıb. Modern.az agentliyə istinadən xəbər verir ki, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov bu il 1,2 milyard dollar itirib.

“Bloomberg”in məlumatına görə, Ələkbərovun sərvəti 8,1 milyard dollardan 6,9 milyarda düşüb. O, hazırda Rusiyanın 13-cü, dünyanın isə 176-cı ən zəngin biznesmenidir.

Ümumilikdə, 2015-c ildə Rusiyanın 19 ən zəngin biznesmeni 8 milyard dollar vəsait itirib. Ən çox pul itkisi ilə “Renovi” şirkətinin sahibi Viktor Vekselberq (1,6 milyard dollar) üzləşib.

Dünyanın ən zəngin 400 milyarderi 2015-ci ildə ümumilikdə 19 milyard dollar zərər görüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol