Anonymous qruplaşmasına məxsus olduğu ehtimal edilən anonymoushackers.org. saytını dağıdıblar
Ayyıldız kiber qruplaşması Rusiya saytlarına hücuma hazırlaşdıqlarını bəyan edib.
Modern.az Türkiyə mediasına istinadən bildirir ki, hücum ediləcək saytlar arasında Müdafiə Nazirliyinin portalı da var.
Dekabrın 28-də türkiyəli hakerlər Türkiyənin iri şirkətlərini hədəf aldığını elan edən Anonymous qruplaşmasına məxsus olduğu ehtimal edilən anonymoushackers.org. saytını dağıdıblar.Resursda Türkiyə bayrağının fonunda belə yazı da olub: “Sizə Ayyıldız kiber ordusu hücum edib”.“Biz Türkiyə dövlətini aşağılamaq istəyənlərə dərs veririk. Növbədə Rusiyadır”, - haker qrupunun lideri Cetkan Bir Yafes deyib.


Şərhlər