Menu

Anar Məmmədovun şirkəti ləğv olundu

30.12.2015, 09:58
Anar Məmmədovun şirkəti ləğv olundu

Azərbaycanda daha bir sığorta şirkəti ləğv olunub.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Qarant Sığorta” ASC ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhər, Sarabski küçəsi, məhəllə 657, “Garant Holdinq”in binasının 6-cı mərtəbəsi ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Qarant Sığorta" "Qarant Holdinq"ə daxildir. Holdinqin idarə heyətinin sədri isə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol