Menu

Azərbaycanın bütün hərbi hissələrində "Açıq qapı" günü keçirilir

31.12.2015, 11:41
Azərbaycanın bütün hərbi hissələrində "Açıq qapı" günü keçirilir

Bu gün Azərbaycanın bütün hərbi hissələrində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilir.

Tədbir müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən baş tutub.

Ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şərait, eləcə də xidməti və inzibati binalar, əsgər yataqxanaları və yeməkxanaları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Bundan əlavə, hərbi hissələrin komandanlığı ilə valideynlərin görüşləri təşkil olunacaq, onları narahat edən sualların və maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol