Menu

"Təyyarəni vurmaq əmrini mən verməmişəm" - Davudoğlu

31.12.2015, 17:27
"Təyyarəni vurmaq əmrini mən verməmişəm" - Davudoğlu

Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, Rusiyanın Su-24 bombardmançı təyyarəsini vurmaq əmrini o verməyib.

Bu haqda RİA Novost xəbər verir.

"Mən 17 saniyə ərzində bu əmri necə verə bilərdim? Mümkün deyil axı. Baş nazir təhlükələrə reaksiya verilməsi qaydalarının qüvvəyə minməsini təsdiqləyir. Bu qaydalar da yeni deyil. Həmin hadisədən iki gün əvvəl Baş Qərargah bu qaydaların tətbiq olunması səlahiyyətlərini ölkənin Hərbi Hava Qüvvələri komandanlığına ötürmüşdü",- deyə baş nazir bildirib.

Bununla belə, Davudoğlu deyib ki, təyyarənin vurulmasını düzgün sayır, çünki "Ölkənin hava məkanını müdafiəsiz qoymaq olmazdı".

Qeyd edək ki, hadisədən dərhal sonra baş nazir qırıcının vurulması əmrini şəxsən verdiyini bəyan etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol