Menu

Səudiyyə Ərəbistanında 47 terrorçunu edam etdilər

02.01.2016, 18:46
Səudiyyə Ərəbistanında 47 terrorçunu edam etdilər

Səudiyyə Ərəbistanında 47 nəfər haqqında ölüm hökmü icra edilib.Virtualaz.org-un Reuters-ə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, haqqında ölüm hökmü çıxarılan şəxslər 2014-cü ildə məhkum ediliblər və terrorçuluqda, ekstremist fəaliyyətdə ittiham olunurlar. Onların arasında “Əl-Qaidə” terror təşkilatının Səudiyyə Ərəbistanındakı liderlərindən olan Faris əz Zəhrani və şiə din xadimi Nimr-ən Nimr də var.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2014-cü ildən etibarən terrorçuluq fəaliyyəti ilə məşğul olan təşkilatlara qarşı cinayət məcəlləsində dəyişiklik edib və cəzaları sərtləşdirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol