Menu

Türkiyə Rusiyanı beynəlxalq məhkəməyə verir

04.01.2016, 14:52
Türkiyə Rusiyanı beynəlxalq məhkəməyə verir

Türkiyə qeyri-qanuni hesab etdiyi Rusiyanın iqtisadi sanksiyaları ilə bağlı Ümumdünya Ticarət Təşkilatına və beynəlxalq məhkəmələrə müraciət edəcək.Axar.az “Sabah”a istinadən xəbər verir ki, bunu Türkiyənin İqtisadiyyat naziri Mustafa Elitaş deyib.

O, Rusiyanın kiçik şəhərlərində türk şirkətlərinin sahiblərinə səhmlərini ruslara təhvil vermək barədə təzyiqlərin edildiyini bildirib:

“Ticarət əxlaqı anlayışı var. Türkiyə vətəndaşları Rusiya dövlətinə güvənib, bu ölkəyə investisiya qoyublar. Baş verənləri səbrlə izləyirik. Gələn şikayətlərlə bağlı sübutları yığırıq. Ümumdünya Ticarət Təşkilatına və Beynəlxalq məhkəmələrə müraciət edəcəyik. Ziyana düşən hər kəsin hüquqları qorunacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol