Menu

Neftdə növbəti "zəlzələ" - 34 dollara düşdü

06.01.2016, 17:55
Neftdə növbəti "zəlzələ" - 34 dollara düşdü

Brent neftinin qiyməti 34 dollara düşdü

"Marja" xəbər verir ki, neft qiymətləri, ABŞ-da bu axşam açıqlanacaq və artacağı gözlənilən rəsmi neftbaza məlumatları öncəsi sürətlə aşağı düşür.

Bloombergin sorğusuna qatılan iqtisadçıların proqnozlarına görə, bu gün Enerji İnformasiya İdarəsi tərəfindən açıqlanacaq neft ehtiyatları göstəricisinin 500,000 barel artması gözlənilir.

Neft, qlobal təklif çoxluğunun olduğu bir şəraitdə, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) hasilat kvotasını buraxmasının ardından, 2015-ci ildə də ucuzlaşıb və beləliklə, tarixinin ən böyük iki illik dəyər itkisini həyata keçirib.

Citigroup Inc.-dan UBS Group AG-yə qədər, analitiklər, xam neftin növbəti bir neçə ay ərzində 30 dollara düşməsini gözləyirlər.

AzPolitika.info-nun məlumatına görə, Bakı vaxtı ilə 17:50-də Nyu-Yorkun NYMEX birjasında WTI neftinin qiyməti 1 barelə görə 1,30 dollar artaraq 34,67 dollar təşkil edib.

ICE birjasında Brent markalı neftin qiyməti 1,62 dollar azalaraq 34,80 dollar olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol