Menu

ARDNF 3,5 milyard dollar itirdi

08.01.2016, 15:43
ARDNF 3,5 milyard dollar itirdi

2015-ci il dekabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 33,6 mlrd. dollar təşkil edib. Bu barədə fonddan məlumat verilib.

Xəbər verildiyi kimi, 2015-ci il yanvarın 1-nə ARDNF-in aktivləri 37 mlrd. 104,1 mln. dollar təşkil edirdi

Beləliklə, 11 ay ərzində fondun aktivləri 9,5% və ya 3,5 milyard dollar azalıb.

Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s. mənbələrdən daxil olan gəlirlər toplanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol