Menu

Bank Respublika 3 filialını bağladı

08.01.2016, 18:42
Bank Respublika 3 filialını bağladı

Xidmət şəbəkəsində effektivliyin artırılması məqsədilə 1 fevral 2016 il tarixindən etibarən Bank Respublika Şəki, İmişli və Göyçay filiallarının fəaliyyətini dayandırır. "Marja" xəbər verir ki, bu barədə Bankın yaydığı məlumatda deyilir.

"Ölkənin maliyyə sistemində yaranmış vəziyyəti həmçinin qeyd olunan filialların rentabellik və potensial baxımından aşağı səviyyədə olmasını nəzərə alaraq, bank onların bağlanması haqqında qərar verib.

Bununla yanaşı, Şəki, imişli və Göyçay filiallarının müştərilər qarşısındakı öhdəlikləri (əmanətlər, kreditlər, plastik kartlar, hesablar və digər bank xidmətləri) aşağıdakı qaydada yerinə yetiriləcək:

İmişli filialı – Şirvan filialı (Ünvan: Şirvan ş, 20 Yanvar küç, 26А / Telefon: (+99421) 215 66 88 )

Şəki filialı - Qax filialı (Ünvan: Qax ş., İ.Mustafayev küç, 3 / Telefon: (+994 24) 255 52 20)

Göyçay filialı – Yevlax filialı (Ünvan: Yevlax ş, H.Əliyev pr, 12 / Telefon: (+994 22) 336 23 42, (+994 22) 336 23 47 )",- BAnkın məlumatında deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol