Menu

Böyük Britaniya səfiri Türkiyə XİN-ə çağırıldı

09.01.2016, 00:24
Böyük Britaniya səfiri Türkiyə XİN-ə çağırıldı

Böyük Britanayida Türkiyə diplomatlarının bank hesabları bağlandıqdan dərhal sonra, bu ölkənin səfiri Ankarada Türkiyə Xarici İşlər nazirliyinə çağırılıb.Bu barədə "Sabah" qəzeti yazıb.

XİN-in rəsmi nümayəndəsi Tanju Bilgic bəyan edib ki, türkiyəli diplomatların bank hesablarının dondurulması qərarı diplomatik və konsulluq əlaqələri haqqında Vyana Konvensiyasına ziddir.

“Türkiyə Böyük Britaniyanı beynəlxalq hüquqda nəzərdə tutulmuş öhdəliklərə əməl etməyə çağırıb”, - Bilgic deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol