Menu

"Nə işiniz vardı, Gürcüstanda, Ukraynada, kim sizi ora çağırmışdı?" - Ərdoğan + VİDEO

09.01.2016, 11:52

cumhurbaskani-erdogan-soru-calma-olaylarini-dogruladi41d8f7d625d9285461d1Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Rusiyanı Suriya torpaqlarına girdiyi üçün sərt şəkildə tənqid edib.Avropa.info xəbər verir ki,Ərdoğan Rusiyanı dezinformasiya ilə dünyanı aldatmaqda suçlayıb.

"Rusiyanın Suriyada törətdiklərinə nəzər yetirək. Rusiya nə deyir? Biz Suriya hökuməti çağırdığı üçün oradayıq deyir. Hazırda Suriyadakı hökumət qanuni bir hökumət deyil . Həm də siz hər çağırıldığınız yerə getmək məcburiyyətində deyilsiniz. Gürcüstana niyə girmisiniz zamanında? Kim çağırmışdı sizi  Gürcüstana ? Nə işiniz vardı  Gürcüstanda? Ukraynaya sizi kim çağırmışdı? Nə üçün girdiniz Ukraynaya? Adamdan bunu  soruşarlar, elə deyilmi? DEyirlər ki, biz  Suriyada İŞİD-ə qarşı mübarizə aparırıq. Xeyr, Rusiya  Suriyada İŞİD-ə  qarşı mübarizə aparmır. Tam əksinə, orada müxalifətə qarşı, türkmən soydaşlarımıza  qarşı mübarizə aparır" deyə Ərdoğan bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol