Menu

 FHN məhkəməyə verildi

09.01.2016, 11:57
 FHN məhkəməyə verildi

“Azsığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-İstintaq İdarəsini məhkəməyə verib.

“Report” xəbər verir ki, sığorta şirkəti cinayət işinin rədd edilməsi ilə bağlı toplanmış materialların surətlərinin təqdim olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı mümkün saymayıb.

Qərardan narazı qalan “Azsığorta” ASC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol