Menu

ABŞ-ın prezidentliyə namizədi Tramp Parisi Almaniyada bilirmiş…

09.01.2016, 18:38
ABŞ-ın prezidentliyə namizədi Tramp Parisi Almaniyada bilirmiş…

ABŞ-da prezident seçkilərində ən reytinqli namizədlərdən biri olan respublikaçı namizəd Donald Trump  twitter hesabında yazdığı sözlə yenə mübahisə yaradıb. Fransada yaşanan bir hadisə ilə bağlı twitterdə şərh yazan milyarder iş adamı haqqında  "Parisi Almaniyada bilir" şərhləri yazılıb.

Belə ki, Fransanın paytaxtı Parisdə, ötən gün  üzərində bomba qurğusu olduğundan şübhəli bilinən bir adam polis idarəsinə girməyə çalışarkən öldürülmüşdü. Öldürülən adamın üzərindəki bombanın saxta olduğu ortaya çıxmış, hadisə, "potensial terror hücumu" olaraq qiymətləndirilmişdi.

Fransada yaşananları eşidən milyarder namizəd Donald Trump isə twitter hesabında bunu şərh edərək belə yazıb: “Parisdə polis idarəsinin içində bir nəfər vuruldu. Terror təhlükəsinin ən yüksək səviyyədə olduğu bildirildi. Almaniya tam bir xaos - böyük cinayət. Ağıllı olun!”.

Bu tweetin ardından bütün  sosial media tam mənasıyla Trampa hücuma keçib. Şərhlər baxsaq, hər kəs ABŞ-a prezident olmağa namizəd bir adamın, Avropanın ən əhəmiyyətli paytaxtlarından olan Parisin harada olduğunu bilməməsi qarşısında böyük çaşqınlıq yaşayıb.

Sosial media istifadəçilərin ən çox yazdığı şərhlərdən biri də "Kimsə Donald Trumpa xəritə alsın" olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol