Bu həftə də birjaların açılması ilə neft ucuzlaşmaqda davam edib. "Marja" xəbər verir ki, Brent neftinin barrelinin qiyməti 2.5% ucuzlaşaraq 32.64 dollara, ABŞ xam nefti is 2.1% aşağı düşərək 32.47 dollara enib.
Çində istehsalçı qiymətləri 46 ay ardıcı düşüb və inflyasiya hökumətin 2015 hədəfinin təxminən yarısı səviyyəsində qalıb. Bu vəziyyət, dünyanın ən böyük neft alıcısı olan Çində iqtisadiyyatın daha da yavaşlayacağı narahatlıqlarını artırıb.
Analitiklər bildirirlər ki, neft təklifi azalmasa və tələb artmasa neftin qiymətində artım olanayacaq.


Şərhlər