Menu

İraq 93 iranlı hərbçinin cəsədinin qalıqlarını İrana verib

11.01.2016, 16:08
İraq 93 iranlı hərbçinin cəsədinin qalıqlarını İrana verib

İran-İraq müharibəsi zamanı (1980-1988-ci illər) həlak olmuş 93 iranlı hərbçinin cəsədlərinin qalıqları İrana qaytarılıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu addım İraq rəhbərliyinin müvafiq qərarına əsasən atılıb.

Cəsədlərin qalıqlarının qaytarılması mərasimi İran-İraq sərhədindəki Şalamça sərhəd-keçid məntəqəsində baş tutub. Cəsədlərin qalıqlarının qaytarıldığı əsgərlərin əksəriyyəti 1998-ci ildə Fao yarımadası və Məcnun adalarında həlak olub.

Tabutlar İranın Ahvaz şəhərinə gətirilib. Matəm mərasimindən sonra cəsədlərin qalıqları torpağa tapşırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol