Menu

Ankarada İŞİD-in 16 nəfərlik qrupu zərərsizləşdirildi – SON DƏQİQƏ

12.01.2016, 17:03
Ankarada İŞİD-in 16 nəfərlik qrupu zərərsizləşdirildi – SON DƏQİQƏ

Ankarada İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Polis Təşkilatının kəşfiyyat şöbəsinin qrupları tərəfindən keçirilən əməliyyatın gedişatında terror aktları törətməyi planlaşdıran 16 nəfər saxlanılıb.

Onlardan birinin Türkiyə, digərləri isə Suriya vətəndaşları olduğu bildirilir. Türkiyə vətəndaşı qrupun rəhbəri olub. Qrupun Ankarada kritik nöqtələrdəki dövlət binaları ilə bağlı kəşfiyyat məlumatları toplamaq üçün hazırlaşdığı xəbər verilir.

Türkiyə vətəndaşı olan İ.K həbs edilib, Suriya vətəndaşları isə ölkədən çıxarılması üçün Ankara Polis Təşkilatının xaricilərlə iş üzrə şöbəsinə verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol