Menu

​Ermənistanda azı 170 nəfərin "donuz qripi"nə yoluxduğu təsdiqlənib

13.01.2016, 10:41
​Ermənistanda azı 170 nəfərin "donuz qripi"nə yoluxduğu təsdiqlənib

Ermənistanda "N1H1" ("donuz qripi") virusuna 170 nəfərin yoluxduğu təsdiqlənib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumatda bildirilib ki, bu virusa yoluxan xəstələrin gerçək sayı ola bilsin daha çoxdur.

Qeyd edək ki, bir müddət öncə Ermənistan Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Anait Aytayan bu xəstəlikdən ölkədə 6 nəfərin öldüyünü bildirmişdi. Onun sözlərinə görə, ölkə xəstəxanalarda müxtəlif viruslara yoluxmuş 662 nəfər yerləşdirilib. Onlardan 219-una pnevmaniya diaqnozu qoyulub. Vəziyyəti ağır olan 83 nəfər reanimasiya şöbələrindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol