Menu

Sabahdan banklar Dollar satışını bərpa edəcəklər

13.01.2016, 14:07
Sabahdan banklar Dollar satışını bərpa edəcəklər

Azərbaycanın kommersiya bankları sabahdan Dollar satşını bərpa edəcəkləri bildirilir.

Bunu “Marja”ya Bank sektorundakı mənbəsi deyib.

“Bu gün hərracda Dövlət Neft Fondu banklara Dollar satmağa başlayıb. Hərracda dolları ən çox Azər Türk Bank və Kapital Bank alıb”,- deyə mənbə bildirib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatları azaldığından valyuta satışını minimuma endirmişdi. Nəticədə də dollar qıtlığı yaranmış, "qara bazar" formalaşmışdır.

Qeyd edək ki, Dövlət Neft Fondu bazardan aldığı manatı dövlət büdcəsinə transfert üçün istifadə edəcəkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol