Menu

"Dollarda yüksəliş Martda başa çatacaq"

14.01.2016, 13:42
"Dollarda yüksəliş Martda başa çatacaq"

"HSBC Holdings Plc"ye görə, ABŞ valyutasında "ralli" Mart ayında sona çatacaq, dollar, avro və yen qarşısında dəyərdən düşəcək.

"HSBC Holdings Plc"ye görə dollar, Avropa Mərkəzi Bankı (AMB) və Yaponiya Mərkəzi Bankının (BOJ) əlavə maddi stimulun sərhədlərinə yaxınlaşması ilə əlaqədar olaraq bu il avro və yen qarşısında zəifləyəcək.

Yen və avro, ötən il itkilərini yavaşlatmasından sonra bu il əhəmiyyətli pullar arasında dollara qarşı ən çox dəyər qazanan pul vahidləri olub. Çin mənbəli qlobal təlatüm və qlobal iqtisadi yavaşlama bu il ABŞ-da həyata keçiriləcək faiz artırımının tempinə dair investorlarda narahatlıqlar yaradıb.

Londonda "Böyük dollar rallisi başa çatıb" deyən HSBC-nin valyuta strategiya vahidinin qlobal meneceri Devid Bloom, "Fedin nəzarəti ələ almağa başladığını və digər mərkəzi bankların sərhədlərinə çatdığını görürük" şəklində fikir bildirib.

Dollar, bu il yen qarşısında 2.2 faiz düşərək 117.55 səviyyəsinə geriləyərkən, avro qarşısında isə 0.2% dəyər itirərək 1.0883 səviyyəsinə gəlib.

ABŞ valyutasında yüksəlişin Mart ayında başa çatacağını proqnozlaşdıran Blooma görə, dollar, 2016-ci ilin sonunda yen qarşısında 115 səviyyəsinə və avro qarşısında 1.20 səviyyəsinə geriləməyə hazırlaşır. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol