Menu

"Dialoqları davam etdirəcəyik" - ATƏT sədri

14.01.2016, 20:45
"Dialoqları davam etdirəcəyik" - ATƏT sədri

“ATƏT-in fəaliyyəti təkcə Ukrayna münaqişəsi ilə məhdudlaşmayacaq. ATƏT məkanında uzun illər davam edən Dnestryanı və Dağlıq Qarabağ kimi münaqişələr var”. APA-nın xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer Vyanada mətbuat konfransında deyib.

“Biz münaqişə tərəfləri ilə intensiv şəkildə dialoqları davam etdirəcəyik”, -deyə ATƏT sədri qeyd edib.

Ştaynmayer əlavə edib ki, Almaniya ATƏT sədri olaraq məsuliyyəti dərk edir, ATƏT-in dialoq və etimad quruculuğu üçün yaxşı forum olduğuna inanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol