Menu

Bu universitetin 14 kafedrası bağlanıb

15.01.2016, 13:54
Bu universitetin 14 kafedrası bağlanıb

"Ötən il Azərbaycan Texniki Universitetində 14 kafedra ləğv edilib. Bu proses 2016-cı ildə də davam edəcək". "Report" xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov deyib.

O bildirib ki, görülən bu işlər Təhsil Nazirliyində aparılan islahatların tərkib hissəsidir: "Standartların dəyişilməsindən asılı olaraq tədris yükünün də miqdarı dəyişir. Həmçinin vaxtilə açılan yaxın ixtisaslar da birləşdirilir".

Rektorun sözlərinə görə, 2015-ci ildə universitetdə 47 kafedra olub: "Aparılan islahatlar nəticəsində hazırda universitetdə 33 kafedra qalıb. Oktyabr-dekabr aylarında 12 kafedra birləşdirilib. Aprel-may aylarında yenə bir neçə kafedra birləşdiriləcək. Universitetdə olacaq növbəti dəyişikliklər dərs yüklərinin bölgüsü ilə bağlı olacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol