Menu

"Ağcabədidə əmin-amanlıqdır" - Millət vəkili

16.01.2016, 11:55
"Ağcabədidə əmin-amanlıqdır" - Millət vəkili

"İnsanlara izah olundu ki, bu budu, bu da bu" 

Ağcabədidə iş və ucuzluq istəyən əhalinin etirazlarına cavab olaraq yanvarın 15-də icra hakimiyyətində görüş keçirilib. Görüşdə yazıçı, həmin bölgədən deputat seçilən Aqil Abbas da iştirak edib. O, AzadlıqRadiosuna açıqlamasında bildirib ki, müəyyən adamlar insanların hissləri ilə oynayıblar:

"Görüş Üç saat çəkib. Görüşdə həm də Xocavəndin, Ağdamın, Ağcabədinin icra başçıları iştirak edirdilər. Həm də dövlətin sosial problemləri ilə məşğul olan orqanlarının rəhbərləri. Ora 200-ə qədər insan dəvət edilmişdi. Qapı açıq idi, kim istəsəydi gələ bilərdi. Orda problemlər qaldırıldı, müəyyəni haqlıydı, müəyyəni haqsız idi. İnsanlara izah olundu ki, bu budu, bu da bu. Ağcabədidə 3 nəfərin damın üstünə çıxıb etirazını bildirməsi söhbəti-filan vardı. İndi o söhbətlər bitdi getdi. İndi orda əmin-amanlıqdır. İnsanlar öz sözlərini dedilər, dövlər adamları o sözləri eşitdilər və görəcəkləri tədbirlərlə bağlı danışdılar. Artıq una görə ƏDV ləğv edilidi. Mən sizə səmimi deyirəm, burda bir az təxribat da var. Yəni müəyyən adamlar insanların hissləri ilə oynayıblar. Hətta özləri də etiraf etdilər. "

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol