Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı, dekabrda əvvəlki ayla müqayisədə gündəlik 211 min barrel azalaraq 32 milyon 180 min barrelə enib.
OPEC-in dekabr ayına dair "Neft Bazarı Hesabatı"na görə, OPEC ölkələri içərisində xam neft hasilatı ən çox Nigeriya, Səudiyyə Ərəbistanı, İraq, Küveyt və Venesuelada düşüb, bu dövrdə İran, Liviya və Birləşmiş Ərəb Əmirliklərində neft hasilatı artıb.
Dekabrda, keçən ayla müqayisədə, Nigeriyada ortalama neft istehsalı gündəlik 1,7 milyon, Səudiyyə Ərəbistanda isə gündəlik 10 milyon barrelə enib. Neft hasilatı, İraqda 4,3 milyon, Küveytdə 2,7 milyon, Venesuelada isə 2,3 milyon barelə düşüb. Sözügedən dövrdə, İranda neft hasilatı 2,88 milyon barrelə, Birləşmiş Ərəb Əmirliklərində isə 2,89 milyon barelə çatıb.
OPEC-in xam neft hasilatı dekabr ayında gündəlik orta hesabla 32,18 milyon barelə düşüb. Kartelə dekabr ayında təkrar rəsmi olaraq üzv olan İndoneziyanın da hsailatı bu hasilat miqdara daxildir.
Dekabrda qlobal neft təklifi, əvvəlki ayla müqayisədə, gündəlik orta hesabla 340 min azalma ilə 95,20 milyon barrelə enib. Hesabata görə, bu vəziyyət istehsalda, OPEC-dəki gündəlik 211 min barrel və OPEC xaric ölkələrdəki 130 min barel azalmadan qaynaqlanıb. Qlobal neft hasilatında OPEC-in payı isə 33,8%-ə geriləyib.
Hesabata görə, 2015-ci ildə gündəlik 92,92 milyon barrel olan qlobal neft tələbi, bu il gündəlik orta hesabla 1,26 milyon barel artımla 94,17 milyon barelə çatacaq.
Bu il OPEC-in xam neft tələbatı, ötən illə müqayisədə, sutkada orta hesabla 1,7 milyon barrel artaraq 31,6 milyon barrelə yüksələcək.
Keçən il 56,87 milyon barrel olan OPEC xaric neft təklifi, bu il gündəlik 660 min barrel azalma ilə 56,21 milyon barrelə geriləyəcək.
Hesabatın açıqlanmasından sonra Brent nefti 2%-ə yaxın bahalaşaraq 29,54 dollara qalxıb. /"Marja"


Şərhlər