Menu

Pakistanda universitetə hücum: 21 nəfər ölüb

20.01.2016, 12:39
Pakistanda universitetə hücum: 21 nəfər ölüb

Üç silahlı şəxs yanvarın 20-də Pakistanın Heybər-Pahtunhva əyalətinin Çarsadda şəhərində universitetə hücum edib.

APA-nın Pakistanın DAWN agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular auditoriyalara və yataqxana otaqlarına soxularaq atəş açıblar.

Ümumilikdə universitetdə 3 minədək tələbə təhsil alır.

Polis iki partlayışın törədildiyi barədə məlumat yayıb. Güc strukturlarının əməkdaşları hadisə yerinə cəmləşirlər.

Pakistanda terorçuların universitetə hücumu nəticəsində 21 nəfərin həlak olduğunu təsdiqlənib.

APA-nın "Frans Press" ageliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli polisdən bildirilib.

Qeyd edək ki, Heybər-Pahtunhva Pakistanın ən kasıb əyalətlərindən biridir. Əyalətin ərazisində "Taliban" döyüşçüləri aktiv fəaliyyət göstərirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol