Menu

Gömrük Komitəsindən xəbərdarlıq

20.01.2016, 16:14
Gömrük Komitəsindən xəbərdarlıq

«Bu gün bəzi Kütləvi İnformasiya Vasitələrində “Gəncə Gömrük İdarəsinin rəisi qanunsuz əlvan metal biznesini himayə edir?” başlıqlı həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yer alıb”.

“AzPolitika”nın məlumatına görə, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin açıqlamasında belə deyilir.

Dövlət Gömrük Komitəsi bildirir ki, “Camaloglu LTD” şirkəti ixrac əməliyyatlarını gömrük qanunvericiliyinə uyğun olaraq həyata keçirir və adları hallanan gömrük əməkdaşlarının guya qeyri-qanuni ixrac əməliyyatlarında iştirakı faktı da tam məqsədli şəkildə bu şər və böhtan xarakterli məlumatlarda qeyd olunur.

“Dövlət Gömrük Komitəsi bir daha bütün media qurumlarını və onların əməkdaşlarını ölkə qanunlarına hörmət etməyə çağırır. Yalan və böhtan xarakterli məlumat yayanlar bilməlidir ki, yaydıqları həqiqətə uyğun olmayan məlumata görə özləri də qanun qarşısında cavab verəcəklər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol