Krım geniş muxtariyyat saxlamaq şərti ilə Ukraynanın tərkibində qalmalıdır.
APA-nın məlumatına görə, bunu Rusiyanın Rostov-na-Donu şəhərində keçirilən brifinqdə Viktor Yanukoviç bəyan edib.
O qeyd edib ki, inid Krımda baş verənlər Kiyevdəki hadisələrə normal reaksiyanın nəticəsidir.
“Krım sakinləri banderaçılara tabe olmayacaq. Onlar öz evlərini, ailələrini qorumaq istəyirlər”, - deyə o vurğulayıb.
***
“Mənim müxalifət liderləri və 3 ölkə XİN rəhbəri ilə imzaladığım saziş yerinə yetirilmədi. Bunun nəticəsi olaraq Kiyev silahlı insanlarla dolduruldu. Bundan sonra baş verənləri terror və xaos adlandırmaq olar”.
APA-nın xəbərinə görə, bunu Rostovda mətbuat konfransı keçirən Viktor Yanukoviç deyib.
V. Yanukoviç bildirib ki, hazırda parlament Maydanın təsiri ilə səs verir: “Onlar qurulan hökuməti qələbə hökuməti adlandırır. Kimin üzərində qələbə? Ukrayna xalqı üzərində? Milli birlik hökuməti yaradılmalıdır. Mən hesab edirəm ki, Ali Rada legitim deyil. Mən Ukraynada sabitliyi qoruya bilmədiyim üçün Ukrayna xalqından, veteranlardan üzr istəyirəm”.
***
“Mən Ukraynanın gələcəyi uğrunda mübarizəni davam etdirmək niyyətindəyəm. Vaxt çatıb və mən deməliyəm ki, terror vasitəsi ilə Ukraynanı ələ keçirmək istəyənlərə qarşı mübarizə aparacağam. Məni heç kim devirməyib, mən ölkəni ailəm təhlükədə olduğu üçün tərk etmişəm”.
APA-nın məlumatına görə, bunu Rusiyanın Rostov-na-Donu şəhərində keçirilən brifinqdə Viktor Yanukoviç deyib.
O bildirib ki, Ukraynanı faşist gənclər ələ keçirib. Vəziyyətdən çıxış yolunun fevarlın 19-da prezidentlə müxalifət arasında imzalanan sazişin icrasında gördüyünü deyən Yanukoviç silhalı şəxslərin küçələrdən yığışdırılmasının vacibliyini qeyd edib.
“Bütün ölkədə normal həyat bərpa olunmalıdır. Böhrandan çıxmağa çətin olacaq. İndi yaşanananlar siyasi böhranın nəticələridir. Bu, Qərbin yürütdüyü siyasətin nəticəsidir”, - deyə o vurğulayıb.
V.Yanukoviç həmçinin Ukraynada ümumxalq referendumunun keçirilməsini təklif edib.


Şərhlər