Menu

Türk Bordo Bereliləri əməliyyatlara başladı

20.01.2016, 20:48
Türk Bordo Bereliləri əməliyyatlara başladı

Türkiyə Baş Qərargahının tabeliyindəki xüsusi qüvvələr (Bordo Berelilər) Diyarbəkirin Sur mahalından sonra Şırnakın Cizrə mahalında da əməliyyatlara başlayıblar.

Axar.az xəbər verir ki, Bordo Berelilər PKK tərəfindən yollara yerləşdirilən partlayıcıları zərərsizləşdiriblər.

Daha sonra evlərdə axtarışlara başlanılıb.

Bordo Berelilərin sayı haqqında açıqlama verilməyib.

Dünən isə Cizrədə aparılan əməliyatlar nəticəsində 15 PKK terrorçusu öldürülmüşdü. Sözügedən rayonda öldürülən terrorçuların ümumi sayı isə 364-ə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol