Menu

AZAL 2015-ci ildə 1,8 milyon sərnişin daşıyıb

21.01.2016, 15:03
AZAL 2015-ci ildə 1,8 milyon sərnişin daşıyıb

Ötən il Azərbaycanda hava nəqliyyatı ilə 1,8 mln sərnişin daşınıb.Virtualaz.org saytı Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, həmin göstərici bir il əvvəlki analoji göstərici ilə müqayisədə 1,8% çoxdur.

Daşımaların 99,5%-i dövlət (“Azərbaycan Hava Yolları” QSC, AZAL), 0,5%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Yükdaşımalara gəlincə, hava nəqliyyatı ilə yükdaşıma 3,3% artaraq 127,9 min tona çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol