Menu

“Giləzi Quşçuluq” MMC-yə daha bir zərbə

21.01.2016, 16:31
“Giləzi Quşçuluq” MMC-yə daha bir zərbə

Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin “Giləzi Quşçuluq” MMC-yə qarşı şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin edib. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iddia təmin edilməyib.

Qeyd edək ki, şirkət hesabların etibarsız hesab edilməsi və tələb olunan borc məbləğinin qanunsuz hesab edilərək silinməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Bundan narazı qalan “Azərbaycan Dəmir Yolları” QSC apellyasiya şikayəti verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol