Menu

Azərbaycanlı “İlin bələdiyyə başqanı” seçildi - FOTO

21.01.2016, 18:11
Azərbaycanlı “İlin bələdiyyə başqanı” seçildi - FOTO

“Anadolu” Dərgisinin 9 kateqoriya üzrə Türkiyədə apardığı araşdırma və sorğulara görə, Qars bələdiyyə rəhbəri Murtaza Karaçanta “ilin bələdiyyə sədri” seçilib.

Dərgidən verilən məlumata görə, seçimlərdə bələdiyyə rəhbərinin il ərzində gördüyü işlər, gerçələşdirdiyi layihələr və bunun xalq tərəfindən dəyərləndirilməsi əsas götürülüb. Murtaza Karaçanta 2015-ci ildə bunları uğurla gerçəkləşdirib.

Murtaza Karaçanta artıq Qarsın Türkiyədə ən inkişaf etmiş şəhərlərindən birinə çevrildiyini və fəaliyyətlərini bundan sonra da uğurla davam etdirəcəklərini bildirib:

“Bu mənim komandamın uğurudur. Qürur duyuram ki, sağlam bir heyətlə Qarsımızın inkişafı üçün çalışırıq.”

Elnur Eltürk

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol