Menu

"Dünya inqilabı bizə lazım deyildi" - Putin

21.01.2016, 19:09
"Dünya inqilabı bizə lazım deyildi" - Putin

Rusiya prezidenti Vladimir Putin Elm və Təhsil Şurasının üzvləri ilə görüş zamanı Lenini tənqid edib.

Modern.az Rusiya KİV-nə isitnadən xəbər verir ki, Kurçatov institutunun direktoru Mixail Kovalçuk Boris Pasternakın “Yüksək xəstəlik” poemasında Lenin haqda bəhs edən hissədən sitat gətirib: “O, fikir axınlarını və yalnız sonra ölkəni idarə edirdi”.

Bundan sonra söz alan Vladimir Putin Leninin səhvləri barədə danışıb.

“Fikir axınını idarə etmək lazımdır, faydalıdır amma bu yaxşı nəticələr verməlidir. Vladimir İliçdəki kimi mənfi yox. Sonda həmin fikir Sovet İttifaqının dağılmasına səbəb oldu.

Onun fikirləri çox idi: müxtariyyətləşmə və s. Rusiya adlı dövlətin altına nüvə silahı qoydular və sonra o partladı. Və dünya inqilabı da bizə lazım deyildi”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol