Menu

Daha bir ölkə İran üzərindən sanksiyaları götürdü

22.01.2016, 09:07
Daha bir ölkə İran üzərindən sanksiyaları götürdü

ABŞ və Avropa İttifaqının ardından Tokio da İran üzərindən sanksiyaları götürdü

ABŞ və Avropa İttifaqının ardından Yaponiya da İran üzərindən sanksiyaları götürdü. "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Fumio Kisida bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, artıq Tehranla investiya sahəsində əməkdaşlıq üçün heç bir əngəl qalmayıb.

"İnvestisiya qoyuluşuna dair razılaşma İran iqdisadiyyatını Yaponiya şirkətləri üçün açacaq. Beləliklə, yaponiya şirkətləri İranın neft və qaz sektorunun inkişafına da təkan verə biləcək", - deyə yaponiyalı nazir bildirib.

Onun sözlərinə görə, rəsmi Tokio dünyanın ən böyük neft yataqlarından birisi hesab olunan "Azadegan"-da fəaliyətini bərpa etmək istəyir.

2004-cü ildə Yaponiya şirkətləri sözü gedən yatağın kəşviyyat və istismar hüqüqunu əldə etsə də, 2010-cü ildə beynəlxalq saksiyalar səbəbindən layihədən çəkilmişdilər.

Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramına dair yaydığı hesabatın ardınca Vyanada keçirilən birgə mətbuat konfransında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa İttifaqının İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırdığını elan edib.

ABŞ Prezidenti Barak Obamanın da İran üzərindən sanksiyaların götürülməsinə dair müvafiq sənədi imzalaması barədə xəbərlər yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol