Menu

"Rusiya şirkətləri istəsələr, yalnız şad olarıq" - İlham Əliyev

22.01.2016, 09:14
"Rusiya şirkətləri istəsələr, yalnız şad olarıq" - İlham Əliyev

“Yaxın vaxtda Azərbaycan hökuməti özəlləşdirməyə çıxarılacaq dövlət aktivlərinin siyahısı ilə bağlı müzakirələrə başlayacaq”.

“APA-Economics” xəbər verir ki, bunu RİA “Novosti” agentliyinə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, ölkənin əsas ixrac məhsulunun dəyərsizləşməsi səbəbindən Azərbaycan hökuməti strateji aktivi olan SOCAR-ı özəlləşdirməyəcək: “SOCAR dövlətin strateji aktivdir. Bu səbəbdən onun özəlləşdirilməsindən söz gedə bilməz”.

Müxbirin “Rusiya şirkətləri Azərbaycanın dövlət aktivlərinin özəlləşdirilməsində iştirak edə bilərmi” sualına prezident bu cür cavab verib: “Rusiya Azərbaycanın yaxın dostudur. Əgər istəsələr, yalnız şad olarıq. Lakin hələ ki, müraciət edən olmayıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol